Baş nazir Əli Əsədov Minskə işgüzar səfərə gəlib
Səfər belaruslu həmkarı Roman Qolovçenkonun dəvəti ilə baş tutub
Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun dəvəti ilə Minskə işgüzar səfərə gəlib.
Minsk Milli Aeroportunda Əli Əsədovu Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycanın Baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar iclasında qonaq qismində iştirak edəcək.