XƏBƏRLƏR / Münaqişə

Başqırdıstan etiraz aksiyalarında erməni məsələsi

Əhali respublikanın rəhbəri Radiy Xabirovun "gəlmə" arvadı və onun qohumlarının bütün gəlirli yerləri ələ keçirməsindən qəti narazıdır

Başqırdıstan etiraz aksiyalarında erməni məsələsi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Başqırdıstanda baş verən kütləvi etiraz aksiyalarının səbəblərindən biri "erməni problemi"dir.

    Məlum olub ki, respublikanın rəhbəri Radiy Xabirovun yoldaşı milliyyətcə erməni Karine Avetisyandır.

    Xabirov respublikaya rəhbərlik etməyə başlayandan sonra arvadının qohumları bura axışıblar. Arvadının böyük qardaşı xüsusilə aktivdir, o, büdcə pullarının dövriyyəyə buraxıldığı yerlərdə dərhal ən şirin tikələri almağa başlayıb.

    Əhali onların “hakimiyyəti” haqqında daima öz aralarında danışır. Sözün əsl mənasında hamı şikayətlənirdi ki, “gəlmə ermənilər burada hər şeyi ələ keçiriblər” – taksi sürücülərindən, evdar qadınlardan tutmuş professor və məmurlara qədər.

    Belə ki, Xabirova görə Başqırdıstanda kütləvi sürətdə antierməni ovqatı yaranıb və etirazçıların tələblərindən biri "yağlı yerləri" "gəlmə"lərə yox, yerli sahibkara verilməsidir.