"Bayden administrasiyasının üzvləri fərqli mövqe tutmalıdır"
Bunu Bakı-İrəvan münasibətlərinə yanaşma barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib

“Bakının artıq hərbi məqsədləri yoxdur. Biz layiq olduğumuza nail olduq” - Hikmət Hacıyev Newsweek-də
“Ağ Ev Azərbaycan və Ermənistan arasında mürəkkəb və strateji sülh danışıqlarında vasitəçilik rolunu oynaya bilməmişdən əvvəl prezident Co Bayden administrasiyasının üzvləri fərqli mövqe tutmalıdırlar. Bu barədə Newsweek-ə Azərbaycanın yüksək rütbəli rəsmisi məlumat verib.
Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Londonda kiçik bir qrup jurnalist qarşısında keçirdiyi brifinqdə Bakının narahatlığı haqda xəbərdarlıq edib ki, ABŞ-ın onilliklərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birtərəfli mövqeyi bu münaqişəyə səbəb olub.
“Biz Ermənistan tərəfdən yalan təşviş və isteriya, eləcə də bəzi tərəfdaşların Azərbaycanın hansısa başqa niyyətləri barədə rəvayətlərini görürük. Artıq Azərbaycanın heç bir hərbi hədəfi yoxdur. Bizim üçün müharibə və qarşıdurma bitdi. Biz layiq olduğumuza nail olduq”, - Hacıyev bildirib.