XƏBƏRLƏR / Hava

Bayram günlərində ölkədə hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Bayram günlərində ölkədə hava necə olacaq?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

    Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq.

    İyunun 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq.

    İyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 19-21, gündüz 25-30 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, gecə və səhər zəif duman olacağı ehtimal olunur. 7-si axşam yağıntılar tədricən kəsiləcək, 8-i gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.