Bayramov İtaliyanın yüksək vəzifəli şəxsləri ilə nahar edib
Azərbaycanın xarici işlər nazirinin İtaliyaya səfəri davam edir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Romaya səfəri çərçivəsində İtaliya Respublikasının yüksək vəzifəli şəxsləri ilə işgüzar naharda iştirak edib.
Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın genişləndirilməsi, o cümlədən siyasi dialoq, enerji, ticarət, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
1 dəqiqədən az