XƏBƏRLƏR / Diplomatiya

Belçika Azərbaycana yeni konsul təyin edib

Bu barədə Belçika səfirliyi xəbər verib

Belçika Azərbaycana yeni konsul təyin edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Belçikanın Azərbaycan səfirliyinin nümayəndəlik rəhbərinin yeni müavini və konsul vəzifəsində fəaliyyət göstərəcək diplomatın kimliyi məlum olub.

    Belçika səfirliyi xəbər verir ki, bu vəzifəyə diplomat Sara Van Buggenhout təyin olunub.

    Diplomat Belçika səfirliyində qarşılanıb.

    O, Azərbaycanı, eləcə də regionu daha yaxşı tanımaq və öyrənmək üçün səbirsizləndiyini ifadə edib.

    Sara Van Buggenhout bu postda 4 il çalışacaq.