Benzinin aksiz dərəcələri azaldıldı, gömrük rüsumu ləğv oldu
Nazirlər Kabineti ölkəyə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.
Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib.
Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.