XƏBƏRLƏR / Kriminal

Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi YENİLƏNİB

DİN xəbər verir

Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:40

    Bərdədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

    Qətli törətməkdə təqsirləndirilən İbrahimov Azər Rəşid oğlu epilepsiya xəstəsi olub.

    Qardaşı ilə bir yerdə yaşayan A. İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatçılıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı o, qardaşı arvadına balta ilə xəsarət yetirərək qətlə yetirib.

    Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

    ***

    09:00

    Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Araşdırma aparılır.