Beyləqanda yol qəzasında Türkiyə vətəndaşları xəsarət alıb
Türkiyə vətəndaşı Murad Kavaklının idarə etdiyi "Mitsubishi L 200" yeni tikilən beton su kanalına aşıb
Beyləqanda avtomobil su kanalına aşıb, Türkiyə vətəndaşları xəsarət alıb
Beyləqanda yol qəzası zamanı üç Türkiyə vətəndaşı xəsarət alıb.
Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yeni tikilən beton su kanalına aşıb.
Nəticədə sürücü, Türkiyə vətəndaşları - Kamal Çelik, Əmrə Bakıçı və Gəncə şəhər sakini Emin Məmmədov xəsarət alıb.