
Milli Hidrometeorologiya Xidmətinin fevralın 26-sı saat 14:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Belə ki, Qax, Zaqatala, Quba, Qusar, Xaltan, Şabran, Xaçmazda, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağır.
Sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyinin sürəti Laçında 21 m/s, Şahdağda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlbəcərdə 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s, Zaqatala, Şəki və Yardımlıda 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 9, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta qeydə alınıb.