XƏBƏRLƏR / Hava

Bəzi rayonlara leysan yağacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bəzi rayonlara leysan yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında sentyabrın 4-6-da əsasən gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.