XƏBƏRLƏR / Hava

Bəzi rayonlara qar yağıb, dolu düşüb

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Bəzi rayonlara qar yağıb, dolu düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 16-sı saat 15:00-a olan məlumatına əsasən Göygöl, Gəncə, Oğuz, Şəki, Qaxda yağış, Şahdağda qar yağır.

    Martın 16-da Kürdəmir rayonunun Atakişilər kəndinə saat 03.20-03.25 radələrində diametri 0.5-0.8 mm, saat 12.30 radələrində isə Naxçıvanda 0.5 mm olan dolu düşüb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 15, dağlıq rayonlarda 11 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.