XƏBƏRLƏR / Hava

Bəzi rayonlara qısamüddətli yağış yağıb, şimşək çaxıb

Faktiki hava

Bəzi rayonlara qısamüddətli yağış yağıb, şimşək çaxıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın əksər rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 6-sı saat 10:00-a olan məlumatında qeyd edilib.

    Bildirilib ki, düşən yağıntının miqdarı Daşkəsəndə 4, Kişcay (Şəki), Şirvan, Bərdədə 2, Gədəbəy, Naftalan, Qax, Tərtər, Göygöl, Zərdab, Şəmkir, Goranboy, Şahdağ, Ağdamda 1 mm-dək qeydə alınıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.