XƏBƏRLƏR / Hava

Bəzi rayonlara yağış yağıb, külək güclənib

Faktiki hava

Bəzi rayonlara yağış yağıb, külək güclənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunub.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

    Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

    Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.