XƏBƏRLƏR / Hava

Bəzi yerlərdə 10 dərəcəyədək şaxta olub

Faktiki hava

Bəzi yerlərdə 10 dərəcəyədək şaxta olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 3-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, yanvarın 03-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.