XƏBƏRLƏR / Hava

Bəzi rayonlara yağış yağıb

Faktiki hava

Bəzi rayonlara yağış yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb.

    Bu, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 6-sı saat 9:00-a olan məlumatında qeyd edilib.

    Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5, Salyan, Neftçalada 2, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.