XƏBƏRLƏR / Hava

Bəzi yerlərə leysan yağır

Faktiki hava

Bəzi yerlərə leysan yağır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

    Bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 31-i saat 10:00-a olan məlumatında qeyd edilib.

    Düşən yağıntının miqdarı Qusarda 8, Balakən, Qobustanda 5, Şahbuzda 4, Beyləqan, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Şamaxıda 3, İsmayıllı, Altıağac, Zərdab, Şuşa, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Qax, Zaqatala, Şəki, Quba, Xaçmaz, Xınalıq, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astara, Zəngilan, Kəlbəcər, Füzuli, Ağdamda 1 mm-dək qeydə alınıb.