XƏBƏRLƏR / İctimaiyyət

Bilgəhdə dənizdə bir nəfər batıb

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

Bilgəhdə dənizdə bir nəfər batıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.