İlham Əliyev Tokayevə başsağlığı verdi
Abay bölgəsində baş vermiş güclü meşə yanğınları çox sayda insan tələfatına səbəb olub
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.
Başsağlığında deyilir:
“Abay bölgəsində baş vermiş güclü meşə yanğınlarının çox sayda insan tələfatına səbəb olması və ağır fəsadlar doğurması xəbəri bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”.