Bir daha erməni daşnaklarının satqınlığı haqda...
Ermənilərin qondarma "soyqırım günü" ərəfəsində 100 il bundan əvvələ obyektiv baxış

Ermənilərin təbiətcə xain və riyakar olmalarının bariz nümunəsi 1921-ci ildə daşnak hökümətinin baş naziri Simon Vratsyanın Ermənistanın diplomatik nümayəndəliklərinə yazdığı məktubdur.
Məktubda cəmi 6 il əvvəl güya "soyqırım törətdiyi" Türkiyə ilə dostluq əlaqələri qurmaq haqda çağırış var. O vaxtı daşnakların əsas düşməni kimi Sovet Rusiyası qələmə verilirdi. Rusiyaya müqavimət göstərmək üçün ermənilər Türkiyə ilə münasibət qurmağa can atırdılar.
Tarixin istehzası ondan ibarətdir ki, hal-hazırda, 100 il keçəndən sonra, erməni-daşnakları 180 dərəcə mövqelərini dəyişərək, Rusiyanı dost və müttıəfiq, Türkiyəni isə qatı düşmən hesab edirlər. Məhz bu riyakarlığın nəticəsində bu gün, qondarma "soyqırım"ı qeyd edən daşnaklar İrəvanda Rusiyanın yox, Türkiyə və Azərbaycanın bayrağlarını yandıracaqlar.
Bir məqamı da vurğulamaq vacibdir - ermənilər indiki kimi, hələ 100 il bundan əvvəl qonşularla dinc münasibər qurmaqdansa, uzaq "xaricdəki dostlarına" arxalanmaq ümidi ilə yaşayırdılar. Bir əsr keçməsinə baxmayaraq bu millətin ağlı başına gəlmədi...
“Vətənin xilası komitəsi”nin sədri – birinci respublikanın daşnak baş naziri Simon Vratsyanın 1921-ci ildə Ermənistanın diplomatik nümayəndəliklərinə yazdığı məktubunun tərcüməsini olduğu kimi sizə təqdim edirik:
“Keçən il noyabrın sonunda (1920 - ANS Press) Türkiyə ilə müharibə bizim məğlubiyyətimizlə başa çatdı, Qars və Aleksandropol dağıldı. Ararat vadisi, yəni Ermənistanın varlığı təhlükə altında idi. Hökumətimizin şərtlər nə qədər çətin olsa da, sülh danışıqlarına başlamaq və müqavilə imzalamaqdan başqa çarəsi yox idi.
Türklərin şərtləri çox ağır idi, amma məğlub olduğumuzdan və müharibəni davam etdirmək imkanımız olmadığından qalibin iradəsinə tabe olduq. Aleksandropol şərtləri bizim üçün nə qədər çətin olsa da, buna baxmayaraq, respublikamızın mövcudluğunu təmin etdi və bundan əlavə, insanlara bir az dincəlmək, güc toplamaq və ölkəni bərpa etmək, çox dar sərhədlər daxilində də olsa, dağılmış iqtisadiyyatı bərpa etmək imkanı verdi.
Hökumətin qərarı sülh müqaviləsini ciddi şəkildə yerinə yetirmək, yeni müharibələr törətməmək, Türkiyə ilə mehriban qonşuluq, hətta dostluq münasibətləri qurmaq, ticarət əlaqələrini bərpa etmək və hər cür yeni fəsadların qarşısını almaq idi. Təəssüf ki, bu plan baş tutmadı. Nümayəndələrimiz məhz Aleksandropolda sülh müqaviləsini imzalayarkən Sovet Rusiyasının İrəvandakı nümayəndəsi Leqran hökumətimizə məlumat verdi ki, Qızıl Ordu Azərbaycandan Qazax və Dilican vasitəsilə Ermənistana daxil olub, özü ilə yadelli erməni bolşeviklərindən ibarət Erməni İnqilab Komitəsini də gətirib.
Ermənistan yeni müharibə ilə hədələndi, bu dəfə Sovet Rusiyası tərəfindən...
...Əcnəbi dostlarımız çox vaxt real vəziyyətimizi dərk etməməklə və ya nəzərə almamaqla ciddi səhvlərə yol verirlər. Bolşeviklərlə mübarizə aparmaq və ölkəmizdə dinc həyatı bərpa etmək üçün qonşu Türkiyənin dostluğuna və hətta dəstəyinə ehtiyacımız var. Türkiyə ilə dostluq münasibətləri qurmağımıza zidd olan hər hansı xaricə addım bizim üçün ölümcül ola bilər.
Bu gün bizim yanımızda iki real güc var - Sovet Rusiyası və Türkiyə. Başqa qüvvələr bizdən uzaqdır. Acı təcrübənin göstərdiyi kimi, biz birinci ilə barışa bilmərik. İkincisi ilə barışıb dost olmalıyıq. Bu mümkünsüz deyil, çünki bizim və türklərin bütün həmrəyliyimizlə qoruya biləcəyimiz ortaq maraqlarımız var....
...Biz türklərlə sülh yolu ilə ortaq mənfəətimiz üçün razılaşa bilərik. Amma bunun baş verməsi üçün xarici amillərin Ermənistan-Türkiyə yaxınlaşmasını qeyri-mümkün etməməsi lazımdır... Bizim bugünkü və gələcək reallığımız qonşumuz Türkiyə ilə dinc və mehriban yanaşı yaşamaq tələb edir. Ona görə də xaricdəki dostlarımız, əgər doğrudan da bizim dostumuzdursa, Türkiyəni elə bir vəziyyətə salmasınlar ki, bizi öz bədbəxtliyinin səbəbkarı hesab etsin, bizə qarşı nifrət və intiqam hisləri ilə dolsun...”.