BLOQ

Bişkekdə Ermənistan parlament seçkilərindən sonra ilk təmas

Azərbaycan və Ermənistan liderləri Qırğızıstana gələn kimi dərhal görüş keçirdilər

Bişkekdə Ermənistan parlament seçkilərindən sonra ilk təmas
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Зrezidenti İlham Əliyevlə Ermənistanın Иaş naziri Nikol Paşinyan arasında Bişkekdə ŞƏT çərçivəsində keçirilən görüş Ermənistanda keçirilən parlament seçkilərindən sonra liderlər arasında ilk təmas olub.

    Mətbuat bəyanatı Vaşinqton sammitinin xatırlanması ilə başlayır. Beləliklə, Azərbaycanda və Ermənistanda yaxın 5 ildə müddəti sual altında qalmayacaq legitim hakimiyyətlər formalaşıb. Yəni, sülh gündəliyinin təsdiqi qarşıdakı illər üçün planların əsasını təşkil edir.

    Şəkildəki nümayəndə heyətlərinin tərkibi göstərir ki, bunlar tamhüquqlu dövlətlərarası danışıqlardır. Mətbuat bəyanatında sərhədlərin müəyyən edilməsi prosesi (hökumətlərarası komissiyanın fəaliyyətinin davamı), TRIPP-nin həyata keçirilməsi, ticarət, parlamentlərin, vətəndaş cəmiyyətlərinin və işgüzar dairələrin nümayəndələri arasında əlaqələr qeyd olunur. Beləliklə, sülh gündəliyinin əsas istiqamətləri haqqında məlumat verilir.

    Belə görüşlərdən sonra adətən razılaşmaların dərinliyindən xəbər verən hadisələr baş verir.

    Daha bir cəhət diqqətimi çəkdi - Azərbaycan və Ermənistan liderləri Qırğızıstana gələn kimi dərhal görüş keçirdilər...