XƏBƏRLƏR / İctimaiyyət

Bişkek meydanında Qırğızıstanın yeni bayrağı ucaldılıb VİDEO

2024-cü il yanvarın 1-də ölkənin fərqli dizaynlı dövlət bayrağı qaldırılıb

Bişkek meydanında Qırğızıstanın yeni bayrağı ucaldılıb VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bişkekin əsas meydanında Qırğızıstanın yenilənmiş dövlət bayrağının təntənəli ucaldılma mərasimi keçirilib.

    Tədbirdə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov, dövlət katibi Suyunbek Kasmambetov və digər rəsmi şəxslər iştirak ediblər.

    Xatırladaq ki, 2023-cü il dekabrın 20-də Qırğızıstan parlamentində “Dövlət rəmzləri haqqında” qanuna dəyişiklik barədə layihə qəbul olunub. Dekabrın 22-də Prezident Sadır Japarov dövlət bayrağının dəyişdirilməsi haqqında qanun layihəsini imzalayıb. 2024-cü il yanvarın 1-də səhər saatlarında ölkənin fərqli dizaynlı dövlət bayrağı qaldırılıb.