XƏBƏRLƏR / Elm və Texnologiya

“Biz Azərbaycan bayrağının kosmosa çıxmasını istəyirik”

Bunu Kosmosa ilk dəfə uçacaq türkiyəli astronavt Tuva Cihangir Atasever deyib

“Biz Azərbaycan bayrağının kosmosa çıxmasını istəyirik”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kosmosa ilk dəfə uçacaq türkiyəli astronavt Tuva Cihangir Atasever “Biz Azərbaycan bayrağının kosmosa çıxmasını istəyirik” dedi.

    O, anasının azərbaycanlı olduğunu deyib: “Mən iki bayraq və bir neçə fotoşəkillə kosmosa uçmaq, müxtəlif eksperimentlər aparıb geri qayıtmaq istəyirəm. Çantam hazırdır. Mən hər an uçmağa hazıram”.

    Uçuşun gələn ilin birinci rübündə baş tutacağı gözlənilir. Alper Gezeravzy də T.C.Ataseverlə birlikdə kosmosa uçacaq.