BLOQ

İran rəhbərliyinin sözlərinə yox, hərəkətlərinə baxacağıq

Azərbaycan istənilən qeyri-dost addımına adekvat cavab verə bilər

İran rəhbərliyinin sözlərinə yox, hərəkətlərinə baxacağıq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əgər İran İsraildə səfirliyimizi açmağımızı istəyirdisə, biz bunu etdik. Biz uzun müddətdir ki, İran tərəfinin regional və regiondankənar siyasətlə bağlı narahatlığını nəzərə almışıq və İran tərəfindən düşmənçilik və ya dostluq kimi şərh edilə biləcək hərəkətlərə yol verməməyə çalışmışıq. Lakin son aylarda baş verənlər sağlam düşüncə baxımından istənilən əsaslandırma və qiymətləndirməyə ziddir. İran rəhbərliyinin bütün hərəkətləri məntiqsiz idi və dostluq və mehriban qonşuluq münasibətlərinin xarakterinə uyğun gəlmirdi.

    Azərbaycan öz maraqlarından çıxış edərək və regiondakı geosiyasi tendensiyaları nəzərə alaraq, ölkəmizin zamanın sınağından çıxmış dostu və tərəfdaşı olan dövlətlərlə münasibətlərini möhkəmləndirir. Bu ölkələrlə təhlükəsizlik, siyasət, iqtisadiyyat sahələrində əlaqələr möhkəmlənir. Azərbaycan İrana açıq şəkildə bildirdi ki, istənilən qeyri-dost addımına adekvat cavab verə bilər.

    Təbii ki, İran rəhbərliyi çağırışı qəbul etdi və özünün təxribatçı addımları nəticəsində İran üçün yarana biləcək riskləri qiymətləndirdi. Bir şeyi etdikdən sonra İran indi geri addım attmağa çalışır. Amma biz İran rəhbərliyinin sözlərinə yox, hərəkətlərinə baxacağıq. Əgər antiazərbaycan ritorikası azalsa və İran Azərbaycanla normallaşma istiqamətində addımlar atsa, Bakı mehriban qonşuluq ruhunu rəhbər tutaraq, regionda həyata keçirilən mühüm iqtisadi layihələri nəzərə alaraq, Tehranla konstruktiv və qarşılıqlı faydalı əlaqələr quracaq.