"Bizə elə gəlir ki, hələ hər şey tam qurtarmayıb"

Qarabağ müharibəsi barədə

  • Oxuma müddəti:

    3 dəqiqə

  • Xatırlayıram, müharibə qurtaran gün Seyfulla Mustafayev bu sözləri deyəndə bütün kollektivimiz onun nəyi nəzərdə tutduğunu anlamırdıq. Amma bu gün, Azərbaycan torpaqları tam şəkildə azad olandan sonra anlaşılır ki, ANS PRESS-in rəhbəri, tarix elmləri doktoru, ictimai-siyasi icmalçı Seyfulla Mustafayev gələcək prosesləri xırdalıqla hesablamış və proqnozlaşdırmışdı!

    "BİZƏ ELƏ GƏLİR Kİ, HƏLƏ HƏR ŞEY TAM QURTARMAYIB!" - 2020-ci ildə deyilən bu ifadə o vaxtlar qeyri-müəyyən səslənirdi. O zaman heç kim ağlına da gətirə bilməzdi ki, Qarabağda məskünlaşan ermənilər pasportuna sahib olduqları Ermənistana qayıdacaq və bütün Qarabağ üzərində Azərbaycan bayrağı yüksələcək. O vaxtdan bir ifadəni də xatırlayıram - Prezident Əliyevin ifadəsini: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!". İlham Əliyevin bu ifadəsi də uzaqgörən oldu və o, doğrudan da bunu etdi - özü hesabladığı vaxtda və özü bildiyi yollarla!

    Ötən əsrin 90-cı illərindən 2020-ci ilə qədər Azərbaycan bir çox ağır məğlubiyyətlər yaşadı... Amma sınmadı və bir millət kimi əyilmədi, sınmadı - əksinə, ruh yüksəkliyini qoruyub saxladı. Nəticədə Uğur qazandı - axı Uğur məhz bir uğursuzluqdan digərinə ruh yüksəkliyini itirmədən keçmək bacarığıdır.

    Azərbaycan xalqı uduza bilməzdi axı, "Döyüş alnımıza yazılmışdı", ruhumuz isə qalib gəlməyə daim hazır idi və belə olduğu halda heç bir xalq heç vaxt məğlubiyyət yaşamaya bilməz.

    Bir vacib məsələ də bu mövzuda vacib rol oynadı - ermənilərin bizə olan nifrəti. Lakin bir xalqın digərinə nifrəti varsa, demək o artıq məğlub olub və bunun fiziki təsdiqi sadəcə vaxt tələb edir... və İlham Əliyevin yalnız özünün bildiyi, uzun illər yaxınlaşdırdığı bu vaxt, axır ki, gəlib çıxdı! Doğrudanmı Prezident Əliyev 2020-ci ildə bilirdi ki, 2023-də Azərbaycan Xalqı tam qələbə çalacaq?! Şübhəsiz, bilirdi, əks halda o, 8 Noyabr gününü "Zəfər Günü" deyil, "Qələbə Günü" adlandırardı. Belə-belə işlər...

    Əziz və doğma Azərbaycan Xalqı!

    Sizi ürəkdən, səmimi qəlbdən Qələbə bayramı, Zəfər Günü münasibəti ilə təbrik edirəm və Sizə, qardaş-bacılarımızın uğrunda savaşdıqları və Şəhid olduqları Sülh arzulayıram!

    Diqqətinizə ANS ÇM və ANS Press redaksiyalarının 2020-ci ildə İkinci Qarabağ Vətən müharibəsi zamanı cəbhədə işlədikləri günlər barədə "44 günlük ezamiyyət" qısa sənədli filmi təqdim edirəm!

    İn şa Allah, bu günləri bizim balalarımız görməz!