BMT missiyasının nümayəndələri Laçın DSKM-ə gəliblər
Missiyanın monitorinqinin birinci günüdür
BMT missiyasının nümayəndələri Laçın Dövlət Sərhəd Keçid Məntəqəsinə gəliblər.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.
Bundan əvvəl məlumat verilmişdi ki, nümayəndə heyətinin üzvləri həmçinin Azərbaycanın Qarabağda humanitar fəaliyyəti, qanunsuz erməni silahlı birləşmələrinin tərksilahı prosesi və s. məsələlərlə tanış olacaqlar.