BMT Rusiyanın Zaporojye AES-dən çıxmağını istəyir
Baş Assambleyanın qətnaməsini üzvlərin əksəriyyəti dəstəkləyib

BMT Baş Assambleyası Rusiyanı Zaporojye atom elektrik stansiyasından qoşun və şəxsi heyəti çıxarmağa və onu Ukraynanın nəzarətinə qaytarmağa çağıran qətnamə qəbul edib.
Qətnaməni 99 ölkə dəstəkləyib, 9-u əleyhinə, 60-ı isə bitərəf qalıb.
Azərbaycan səsvermədə iştirak etməyib. Gürcüstan lehinə səs verib, Ermənistan isə bitərəf qalıb.