XƏBƏRLƏR / Münaqişə

BMT tərəfləri şəhərlərə hücum etməməyə çağırıb

BMT tərəfləri şəhərlərə hücum etməməyə çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT Baş katibinin köməkçisi Xalid Xiari Təhlükəsizlik Şurasının Belqorodda keçirilən iclasında münaqişə tərəflərini məskunlaşan ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

    “Biz həm Ukraynada, həm də Rusiya Federasiyasında şəhər, qəsəbə və kəndlərə bütün hücumları birmənalı şəkildə pisləyirik”, - deyə o bildirib.

    Xiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur. Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır.