“Boeing” şirkəti istehsalı azaldır
ABŞ-ın Federal Aviasiya Administrasiyası ayda 38 ədəd “Boeing” 737 təyyarəsinin istehsalına icazə verib
“Boeing” şirkəti 737 modelinin istehsalını azaldacağını bildirib.
Şirkət bu addımı keyfiyyətin yaxşılaşdırılması ilə izah edib. ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) ayda 38 ədəd “Boeing” 737 təyyarəsinin istehsalına icazə verib. Şirkət isə bu saydan daha az hava gəmisi hazırlamağı planlaşdırır. İstehsalın azaldılması ilə paralel olaraq təyyarələrin keyfiyyəti daha ciddi yoxlanılacaq.
Qeyd edək ki, son həftələrdə baş vermiş iki texniki nasazlıq şirkətin nüfuzunu zədələyib.