XƏBƏRLƏR / Qonşular

Bolnisidə Azərbaycan dilində tədris olunan məktəb tikilib

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze məktəbin açılışında iştirak edib

Bolnisidə Azərbaycan dilində tədris olunan məktəb tikilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanda Azərbaycan dilində tədris olunan kənd məktəbi üçün yeni bina tikilib.

    Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndində yerləşən Arif Əliyev adına 1 nömrəli dövlət məktəbi üçün yeni bina tikilib.

    Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze məktəbi ziyarət edib, məktəb rəhbərliyi və valideynlərlə görüşüb və onları yeni məktəb binasının tikintisinin başa çatması münasibətilə təbrik edib.