XƏBƏRLƏR / Siyasət

Bolqarıstan Prezidenti Rumen Radev Bakıya gəlir

Bu barədə Bolqarıstan mətbuatı xəbər verir

Bolqarıstan Prezidenti Rumen Radev Bakıya gəlir
Rumen Radev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfərə gələcək.

    Bolqarıstan mətbuatı xəbər verir ki, səfər zamanı Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır.

    Nümayəndə heyətinə energetika naziri vəzifəsini icra edən, Milli Assambleyada Bolqarıstan-Azərbaycan dostluq qrupunun sədri, biznes nümayəndələri daxildir.

    Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı xanımı Desislava Radeva müşayiət edəcək.