XƏBƏRLƏR / Hadisə

Bolqarıstan sahilində batan yük gəmisində 4 azərbaycanlı var

Bu barədə “Reuters“ məlumat yayıb

Bolqarıstan sahilində batan yük gəmisində 4 azərbaycanlı var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:29

    Türkiyənin NTV telekanalının məlumatına əsasən, Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayan "BETUL 8" yük gəmisində heyətin 8 üzvü Türkiyə, 4-ü isə Azərbaycan vətəndaşı olub.

    Heyətin hamısının xilas olduğu və partlayışın səbəbinin araşdırıldığı bildirilir.

    ***

    15:20

    Qara dənizdə Bolqarıstanın iqtisadi zonasına daxil olan ərazidə Somali bayrağı altında üzən yük gəmisi batır.

    Bu barədə “Reuters“ Bolqarıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

    Bildirilib ki, bu gün Bolqarıstan 12 nəfərlik heyəti olan gəmidən kömək siqnalı alıb. Gəmi Rumıniyadan Misirə üç ton həcmində buğda daşıyırmış.

    Hadisə yerinə Bolqarıstana məxsus iki, həmçinin Rumıniya və Türkiyəyə məxsus bir gəmi göndərilib. Gəmi heyətinin olduğu yer barədə hələlik məlumat yoxdur.

    Gəminin batmasının səbəbi dəqiqləşdirilir.