R.Radevin partiyası seçkiləri böyük fərqlə qazanıb YENİLƏNİB
Son 5 ildə Bolqarıstanda heç bir hökumət qanunla müəyyən edilmiş beş illik müddəti başa vura bilməyib
17:20
Bolqarıstanda bülletenlərin 100%-nin sayımından sonra keçmiş prezident Rumen Radevin "Proqressiv Bolqarıstan" partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində seçici səslərinin 44,5%-ni toplayıb.
Bolqarıstan mediası xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.
Məlumata görə, Rumen Radevin partiyası parlament seçkilərində ən çox səs toplayıb.
Keçmiş baş nazir Boyko Borisovun "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" partiyası 13,3%, "Dəyişikliklər üçün - Demokratik Bolqarıstan" Avropa yönümlü koalisiyası isə 12,6% səs alıb.
Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri parlamentdə səkkizinci seçkilər keçirilib.
***
11:00
Bolqarıstanda keçirilən parlament seçkilərində səslərin hesablanması davam edir və ilkin rəsmi nəticələr açıqlanıb.
Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 78,24 faizi baxıldıqdan sonra “Proqressiv Bolqarıstan” koalisiyası açıq fərqlə irəlidədir. İlkin nəticələrə əsasən, Rumen Radev tərəfindən yaradılan bu siyasi qüvvə təxminən 44,5 faiz səs toplayaraq rəqiblərini xeyli qabaqlayır.
İkinci yerdə “Dəyişiklikləri Davam etdiririk – Demokratik Bolqarıstan” koalisiyası qərarlaşıb və onun nəticəsi təxminən 13,6–13,7 faiz səviyyəsində qiymətləndirilir.
Sonrakı yerlərdə isə GERB-SDS bloku, eləcə də digər siyasi qüvvələr daha aşağı göstəricilərlə yer alır.
Bu nəticələr Bolqarıstanda seçkilərin əvvəlcədən proqnozlaşdırıldığı kimi, bir siyasi qüvvənin üstünlüyü ilə keçdiyini göstərir. Qeyd olunur ki, bu seçkilər son illərdə ölkədə davam edən siyasi qeyri-sabitlik fonunda keçirilib. 2021-ci ildən bəri Bolqarıstanda bir neçə dəfə növbədənkənar parlament seçkilərinin keçirilməsi siyasi sistemdə parçalanmanın davam etdiyini göstərir.
Mövcud nəticələrə baxmayaraq, yekun nəticələr və mandat bölgüsü yalnız bütün protokolların emalından sonra müəyyənləşəcək. Bununla belə, artıq indiki mərhələdə “Proqressiv Bolqarıstan”ın seçkilərdə aydın üstünlük qazandığı müşahidə olunur və bu, ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
***
2026-04-19 13:44
Bolqarıstanda 52-ci Xalq Məclisinə (birpalatalı parlament) erkən seçkilər başlayıb.
Saat 7:00-da (Bakı vaxtı ilə saat 8:00) ölkə daxilində 12.000-dən çox seçki məntəqəsi açılıb və onların əksəriyyəti ixtisaslaşdırılmış səsvermə maşınlarından istifadə edəcək. 55 ölkədə 493 seçki məntəqəsi fəaliyyət göstərəcək.

6,5 milyondan çox səsvermə hüququ olan bolqarıstanlı 240 yerlik yeni Xalq Məclisi seçir. Bu, 2021-ci ildən bəri ölkənin səkkizinci parlament seçkiləridir.
Bülletenə on dörd partiya, on koalisiya və bir müstəqil namizəd daxildir. Yalnız beş siyasi partiyanın tələb olunan 5% həddini aşmaq üçün real şansı var.
Rəy sorğularına görə, bu parlament seçkilərində iştirak etmək üçün istefa verən Bolqarıstanın keçmiş prezidenti Rumen Radevin təmsil etdiyi "Proqressiv Bolqarıstan" partiyasının ən çox səs toplaması gözlənilir.

Proqressiv Bolqarıstanın səslərin təxminən 30-35%-ni ala biləcəyi gözlənilir.
Yeni parlamentə daxil ola biləcək digər koalisiyalara:
- "Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar - Demokratik Qüvvələr Birliyi",
- "Dəyişikliyə Davam Et - Demokratik Bolqarıstan",
- "Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat",
- "Dirçəliş" partiyaları daxildir.

Son beş ildə Bolqarıstanda heç bir hökumət qanunla müəyyən edilmiş beş illik müddəti başa vura bilməyib.
4 dəqiqə