XƏBƏRLƏR / Seçki

Mers Bundestaqda Almaniyanın yeni kansleri kimi and içib

"DW" xəbər verir

Mers Bundestaqda Almaniyanın yeni kansleri kimi and içib
Fridrix Mers
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Mers Almaniyanın yeni, 10-cu kansleri kimi Bundestaqda and içib.

    Qeyd edək ki, bu gün Almaniya parlamenti səsvermənin ikinci turunda Mersi kansler seçib və prezident Frank-Valter Ştaynmayer ona və kabinet üzvlərinə təyinat məktublarını təqdim edib.

    Mers Bundestaqda tələb olunan 316 səsdən 325-ni toplayıb. 289 deputat onun namizədliyinin əleyhinə, 1-i isə bitərəf qalıb.