Kılıçdaroğlu Ankarada səs verdi
Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri keçirilir
Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkilərində müxalifətin vahid namizədi Kamal Kılıcdaroğlu Ankarada səs verib.
Kılıçdaroğlu həyat yoldaşı Selvi Kılıçdaroğlu, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş və Çankaya Bələdiyyə Başçısı Alper Taşdelen ilə birlikdə səs verəcəyi Çukurambar rayonunda Argentina İbtidai məktəbinə gəlib.
Sevgi nümayişləri ilə qarşılanan Kılıçdaroğlu və həyat yoldaşı Selvi Kılıçdaroğlu 4221 saylı seçki qutusunda səslərini veriblər.
Çıxışda jurnalistlərə açıqlama verən Kılıçdaroğlu seçki qutusuna gedərək səs verən bütün seçicilərə təşəkkür edib, sevgi və hörmətlərini bildirib.
Kılıçdaroğlu "Hamımız demokratiya üçün çox darıxdıq. Hamımız bir yerdə olmaq üçün çox darıxdıq. Hamımız qucaqlaşmaq üçün çox darıxdıq. Bundan sonra görəcəksiniz, inşallah bu ölkəyə bahar gələcək və bahar həmişə davam edəcək" deyib.