Aİ Bakıya qarşı sanksiya tətbiq edilməsini nəzərdən keçirmir
Bunu Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell deyib
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrell Avropa Parlamentinin deputatı Asita Kankonun “2022-ci ilin dekabr ayının əvvəlindən bəri Laçın yolunda baş verənləri yaxından izləyir. Laçın yolunu bağlayır”.
Borrell “Azərbaycan hakimiyyətinə qarşı müvəqqəti tədbirlərin tətbiqi” ilə bağlı sualı da cavablandırıb.
“Sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün alətlərindən sadəcə biridir və bu halda onlara baxılmır. Aİ-nin səyləri Ermənistan və Azərbaycan arasında dialoq vasitəsilə həll yollarının tapılmasına yönəlib və hər iki ölkənin liderləri buna sadiqliklərini ifadə ediblər”.