XƏBƏRLƏR / COP29

Böyük Britaniyanın iqlim naziri Azərbaycanda səfərdədir

Kerri Makkartinin səfəri haqda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki nəşrində deyilir

Böyük Britaniyanın iqlim naziri Azərbaycanda səfərdədir
Kerri Makkarti
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniyanın iqlim naziri Kerri Makkarti Azərbaycanda işgüzar səfərdədir.

    Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

    “İqlim dəyişikliyi ilə mübarizədə daha bir mühüm həftə Bakıda başlayır və bu həftə bizim nümayəndə heyətimizə Böyük Britaniyanın İqlim Naziri Kerri Makkarti rəhbərlik edir”, - Britaniya səfiri Ferqus Auld bildirib.