“Taliban” ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək
Bu barədə "Reuters" agentliyi məlumat yayıb
“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
Bu barədə "Reuters" agentliyi Əfqanıstan XİN-nə istinadən məlumat yayıb.
“Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN rəsmisi deyib.
Gələn həftə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayacaq. Konvensiya tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir.
Dünya burada iqlim maliyyələşdirilməsi problemi ilə bağlı mühüm qərarların qəbul ediləcəyinə ümid edir.