XƏBƏRLƏR / COP29

Məşhur türkiyəli aktyor COP29-un Məşvərət Şurasında

“Diriliş Ertuğrul” serialı ilə populyarlıq qazanan Engin Altan Düzyatan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq

Məşhur türkiyəli aktyor COP29-un Məşvərət Şurasında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edəcək.

    “Diriliş Ertuğrul” serialı ilə populyarlıq qazanan Düzyatan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.

    Türkiyəli aktyorun COP29 Beynəlxalq Məşvərət Şurasına seçilməsini işıqlandıran yerli media xatırladıb ki, Engin Altan Düzyatan Dubayda keçirilən COP28-ə də qatılıb və orada Türkiyə adından plastik tullantıların və mikroplastiklərin ətraf mühitə mənfi təsiri ilə bağlı təqdimat edib.