COP29-da iştirakını indiyədək neçə ölkə başçısı təsdiqləyib?
Bu haqda COP29-un baş katibi Elnur Soltanov məlumat verib
COP29-da ümumilikdə 80 minə yaxın qonağı və bir gündə təxminən 40 min qonağı qəbul etməyə hazırlaşan Azərbaycan bir vaxtlar münaqişədə olduğu Ermənistana, o cümlədən, bütün ölkələrə, dəvət göndərib. 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəklərini təsdiqləsə də, bu sayın artacağı gözlənilir.
Bunu Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş katibi Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, COP29-da milli, regional və qlobal səviyyəli məsələlər müzakirə olunacaq və əsas mövzu iqlim maliyyəsi olacaq.