BP "Mərkəzi Şərqi Azəri"də yeni platformada hasilata başladı
Platforma "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda sayca yeddincidir
BP Xəzər dənizinin Azərbaycan sektorundakı "Mərkəzi Şərqi Azəri" yatağının yeni platformasından neft hasilatına başlayıb.
Sayca yeddinci platforna "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda quraşdırılıb.
Bir il ərzində platformadan daha iki hasilat quyusu qazılaraq istismara veriləcək - gündəlik neft hasilatı 24 min barrelə çatacaq.