Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan 11 nəfəri müalicə üçün Ermənistana aparıb.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 4 nəfər müşayiətçiləri ilə birlikdə Xankəndiyə qaytarılması planlaşdırılır.