BQXK-nin beş maşını Laçın istiqamətinə qayıdıb
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 40 gündür davam edir
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Məlumata görə, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.