XƏBƏRLƏR / COP29

Braziliya Prezidenti COP29-da iştirak etməkçün Bakıya gəlir

Luiz İnasio Lula da Silva deyib ki, bu, COP-un qarşıdan gələn 30-cu sessiyasına ev sahibliyi edən ölkə üçün vacibdir

Braziliya Prezidenti COP29-da iştirak etməkçün Bakıya gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Braziliya Prezidenti Luiz İnasio Lula da Silva COP29 Bakı qlobal iqlim konfransında iştirak etmək üçün Azərbaycana gələcək.

    Bunu Braziliya Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə katibi André Korrea do Laqo deyib.

    Do Laqo vurğulayıb ki, COP29 konfransı COP-un qarşıdan gələn 30-cu sessiyasına ev sahibliyi edən ölkə kimi Braziliya üçün son dərəcə əhəmiyyətlidir.