Qalıq yanacaqların istifadəsinə qarşı aksiya keçirilib
Aksiya COP29-a aid “Mavi zona”da baş tutub
İqlim aktivistləri COP29-da qalıq yanacaqların istifadəsinə qarşı aksiya keçirirlər.
Aksiya “Mavi zona”da baş tutur.
Qeyd edək ki, nümayiş COP29-da iştirak edən iri sənaye çirkləndiricilərin lobbiçiliyinə qarşı yönəlib.
Nümayişçilər həmçinin ədalətli iqlim maliyyələşdirilməsinə çağırır və ətraf mühitin çirkləndirilməsinin dayandırılmasını tələb edirlər.