XƏBƏRLƏR / COP29

COP29-da “İqlim üçün Su" mövzusunda dəyirmi masa keçirilir

Biomüxtəliflik, Su və İqlim əlaqəliliyi mövzusunda yüksək səviyyəli dəyirmi masa YENİLƏNİB

COP29-da “İqlim üçün Su" mövzusunda dəyirmi masa keçirilir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 10:41

    Su ilə bağlı məsələlərin həlli üçün BMT sisteminin müxtəlif strukturları və onun konvensiyaları arasında əməkdaşlıq gücləndirilməlidir.

    Bunu COP29 çərçivəsində "İqlim üçün Su: Su həllərinin NDC və NAP-lara inteqrasiyası. Biomüxtəliflik, su ehtiyatları və iqlim əlaqəliliyi" mövzusunda yüksək səviyyəli dəyirmi masada Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin təbiət məsələləri üzrə xüsusi nümayəndəsi Rut Devis bildirib.

    "Uzun illər iqlim, təbiətin mühafizəsi və qida təhlükəsizliyi sahələrində çalışanlar üçün su vasitəsilə bu məsələlərin qarşılıqlı əlaqəsi aydın və təbiidir. Su yalnız bu sahələrin davamlılığını təmin etmir, həm də yaranan problemlərin göstəricisidir. Aydındır ki, su bütün ekosistemlərin rifahının təmin edilməsində əsas rol oynayır. İcazə verin, onun tropik meşələrin sağlamlığı üçün əhəmiyyətini göstərən bir nümunə gətirim. Bu mövzu BMT-nin İqlim Dəyişikliyi üzrə Konvensiyasının müzakirələrinin mərkəzində dayanır. Tropik meşələrin sağlamlığı birbaşa sudan asılıdır, eyni zamanda, meşələr su dövranının vacib elementidir. Onlar milyonlarla insanı qidalandıran tropik kənd təsərrüfatı hövzələrini təmin edən yağıntıları tənzimləyir və təmin edirlər. Beləliklə, sağlam su ekosistemləri dəstəkləyir və sağlam ekosistemlər su dövranının davamlılığını təmin edir. Bu məqsədə nail olmaq üçün BMT sisteminin müxtəlif strukturları və onun konvensiyaları arasında daha sıx əməkdaşlıq yaradılmalıdır", - o vurğulayıb.

    ***

    10:13

    COP29 çərçivəsində “İqlim üçün Su: Su Həlllərinin NDC və NAP-lara inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim əlaqəliliyi” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilir.

    Tədbir COP29 sədrliyi UNECE, UNEP və WMO tərəfindən kordinasiya olunan UN-Water ilə əməkdaşlıq çərçivəsində keçirilir.

    Tədbirdə əsas müzakirələr BMT sistemi tərəfindən tərəflərin bu sahədə strategiya və planları necə dəstəkləməsi ətrafında aparılacaq.