BLOQ

BRİ-nin Ermənistanda keçirdiyi sorğu nəyi göstərir?

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlil

BRİ-nin Ermənistanda keçirdiyi sorğu nəyi göstərir?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Beynəlxalq Respublika İnstitutunun keçirdiyi sorğunun nəticələri artıq dərc edilib və müxtəlif istiqamətlər üzrə seçilmiş göstəricilər təqdim olunub. Gəlin, bəzi rəqəmlərə nəzər salaq.

    Ölkə səhv istiqamətdə irəliləyir –49%, düzgün istiqamətdə irəliləyir –36% (səh. 6)

    Ermənistan baş naziri üçün heç də yaxşı mənzərə deyil. Özü də Paşinyanın daha çox qayğısına qaldığı gənclər (18-35 yaş) ölkənin gedişatını başqalarından daha artıq yanlış hesab edirlər – 49% (səh. 7).

    Digər tərəfdən, siyasi tərcihlərə dair suala cavablar belədir:
    - Nikol Paşinyan – 13%
    - Ararat Mirzoyan – 5%
    - Robert Koçaryan – 4%
    - Aram Sarkisyan – 2%
    - Alen Simonyan – 2%
    Digərləri hər biri 1%. (səh. 13)

    Lakin… 61% heç kimə etibar etmir! Bəs bu 61% kimlərdir? "Hansı partiyaya səs verərdiniz?" sualına cavablar da (səh. 14) oxşardır.

    Yenə də 60% ya qərar verə bilmir, ya da inamsızlığa görə seçkilərdə iştirak etmək istəmir!

    Bu 60%-in yaş tərkibinə baxdıqda (səh.16) görürük ki,
    gənclərin 63%-i qeyri-müəyyənlik vəziyyətindədir.

    Belə nəticəyə gəlmək olar ki, gənclər mövcud vəziyyətdən narazıdır, yəni etirazçı seçici qrupunu təşkil edir. Eyni zamanda, gənclərin əksəriyyəti nə hakimiyyətə, nə də müxalifətə inanmır və seçkilərdə iştirak barədə qərar qəbul etməyib. Odur ki, Ermənistandakı siyasi qüvvələrin üzərində işləməli olduğu bir auditoriya var. Həmçinin, nə hakimiyyət, nə də "sabiqlər"lə bağlı olmayan üçüncü qüvvə üçün də potensial mövcuddur.

    Əsas problemlərin/təhlükələrin sıralaması (səh. 8): -

    Təhlükəsizlik/sərhəd – 44%
    - İqtisadiyyat/işsizlik – 14%
    - İqtisadiyyat/qiymətlər – 12%
    - Zəif idarəetmə – 9%
    - Təhsil, səhiyyə – hər biri 6%
    - Zəif xarici siyasət – 6% və s.

    Bu nəticələri yadda saxlayaq...

    Azərbaycanla sülh müqaviləsi barədə suala cavablar (səh. 44):

    - Dəstəkləyir – 47%
    - Dəstəkləmir – 40%

    Lakin… Yaşlı nəsil Azərbaycanla sülhü daha çox dəstəkləyir (58%), gənclərin isə yalnız 38%-i sülhə tərəfdardır. Gənclərin 48%-i sülh müqaviləsinə qarşı çıxır!

    Bunu da yadda saxlayaq...

    "Paşinyan növbəti 6 ay ərzində nə etməlidir?" sualına cavablar (səh. 27):


      Sülh yaratmaq – 22%
    - Təhlükəsizliyi/sərhədlərintoxunulmazlığını təmin etmək – 17%
    - Ordunu inkişaf etdirmək – 14%
    - Xarici siyasəti dəyişmək – 12%
    - İqtisadiyyatı inkişaf etdirmək – 11%
    - İstefa vermək – 8% və s.

    Göründüyü kimi, ilk dörd məqam Azərbaycanla sülh prosesi ilə bağlıdır.

    Burada yadda saxlamalı olduğumuz məsələləri xatırlayaq.

    Beləliklə, Ermənistan cəmiyyəti sərhəd təhlükəsizliyi mövzusunda narahatdır, lakin gənclər, passiv şəkildə də olsa, hökumətin hazırkı sülh gündəminə qarşıdır. Bu, Azərbaycana qarşı ərazi iddialarından imtina və sərhəd təhlükəsizliyi müqabilində sülh gündəmi ətrafında xalqla, xüsusən də gənclərlə işləmək üçün Ermənistan hökumətinə bir siqnaldır. Paşinyan Ermənistan cəmiyyətinə, xüsusən də gənclərə məqbul təkliflər edə bilər.

    Azərbaycan üçün isə bu, Ermənistanda Konstitusiya referendumunun keçirilməsini əsaslandırmaq üçün yaxşı bir məlumat bazasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, gələcəkdə Ermənistandan heç bir iddianın olmayacağına dair "dəmir-beton zəmanət" almaq vacibdir. Axı gələcək deyəndə məhz indiki gənclər nəzərdə tutulur!