Xərçəng diaqnozu qoyulan Böyük Britaniya Kralı III Çarlz səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib.
O vurğulayıb ki, xərçənglə üzləşənlərin hamısı yaxşı sözlərin təsəlli və ruhlandırıcı olduğunu bilir.
III Çarlz əlavə edib ki, onun diaqnozunun hekayəsi ictimaiyyətin anlayışını yaxşılaşdırmağa kömək etdi, Böyük Britaniyada və dünyada xərçəng xəstələrini və onların ailələrini dəstəkləyən bütün təşkilatların işinə işıq saldı.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kral III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu öyrəndikdən sonra şoka düşdüyünü bildirmişdi. O, xəstəliyin ilkin mərhələdə aşkarlandığı üçün monarxın tez sağalacağına ümid etdiyini söyləmişdi.