XƏBƏRLƏR / Sağlamlıq

Abid Şərifov nə vaxt insult keçirib? YENİLƏNİB

Ailəsinə yaxın mənbələr yayılan xəbərləri tam təstiq etmir

Abid Şərifov nə vaxt insult keçirib? YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:08

    Keçmiş vitse-premyer Abid Şərifovun keçirdiyi insultdan sonra yerimək və danışmaq qabiliyyətini itirdiyi barədə məlumat onun ailəsinə yaxın mənbələr tərəfindən təkzib edilib: "Abid müəllim sentyabr ayında insult keçirib, yeriyir və danışır. O, hazırda evdədir".

    Qeyd edək ki, Abid Şərifov 1995-ci ildən 2018-ci ilədək Baş nazirin müavini olub. 

    ***

    21:10

    Mətbuatda yayılan xəbərlərə görə, Abid Şərifov insult keçirib.

    Azərbaycanın keçmiş baş nazirinin müavini yerimək və danışmaq qabiliyyətini itirib.

    O, hazırda xəstəxanadadır.

    Şərifovun ailəsi bu məlumatı təsdiqləyib.