
Böyük Britaniyada neft tankeri ilə yük gəmisinin toqquşması nəticəsində 32 nəfər yaralanıb.
Bu barədə BBC məlumat yayıb.
Kral Sahil Mühafizəsindən bildirilib ki, Şimal dənizində, Şərqi Yorkşir sahillərində tanker və yük gəmisi toqquşub.
Məlumata görə, neft tankeri toqquşmadan sonra yanıb.
Qeyd edilib ki, bu gün səhər saatlarında baş verən toqquşmadan sonra təcili xilasetmə əməliyyatı aparılır. Hadisə yerinə bir neçə xilasedici qayıq və sahil mühafizəsinin xilasedici helikopteri cəlb edilib.
Neft tankeri ABŞ Müdafiə Nazirliyi üçün təyyarə yanacağı daşıyırmış.